Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 20
Sükutlu gecə
ОглавлениеGöy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır.
Yuxumu itirmişəm
bu darıxan gecədə.
Əlin qoynuna qoyub
mürgü vurur küçə də.
Bu sükutlu gecədə
o sevdiyin mahnını
sənin təki oxudum
əyilib ürəyimə.
01.07.2016