Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 2
Təzadlı gecə
ОглавлениеHaldan-hala düşən adamlar təki
bu tənha gecəni yaşamaq çətin.
Ömür səhnə deyil, gecələr pərdə
çəkəsən sitəmin üstünə, dərdə.
Dəyişər əhvalın mehsiz, küləksiz,
dəlib keçər səni qızıl yel kimi.
Tutar ürəyindən, dəyişər halın,
ağarar bənizin qara tel kimi.
Səhərə hələ bir uzun gecə var.
Uzanar bu gecə zülmət dərətək,
daşıyar yuxulu – ölü adamı
səhər sahilinə yumşaq bərətək.
Kiminin nəfəsi çatar səhərə,
kimi qaranlıqda boğulub gedər.
Kimi yuxularda gələr dünyaya —
gecənin bətnindən doğulub gedər.
Haldan-hala düşən adamlar təki
bu tənha gecəni yaşamaq çətin.
Ömür səhnə deyil, gecə də pərdə
çəkəsən sitəmin üstünə, dərdə…
07.07.2013