Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 15
Su üzərində bahar
ОглавлениеKönlünə yatmayanı
sahilə qovan dəniz.
Gülü qoynuna alan
dəniz, könlün nə təmiz.
Sevgilərin sadiqi,
sənə gül gətirmişəm.
Sən ismətli gəlinsən,
üzünə tül sərmisən.
Gülü görüb əllərin
dalğa-dalğa əsəcək.
Gəlib üzümə baxıb,
baxıb məni süzəcək.
Pıçılda qulağıma,
pıçılda duyulanı.
Gəl danışaq; boşaldım
içimə yığılanı.
08.07.2018