Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 39

Günah

Оглавление

Üzəcək tərəddüd, üzəcək səni,

o kövrək ürəyin tab etməz buna.

O hisslər, duyğular bir etirafdı,

üzünü min kərə çəksən də yana.


Sənin etdiklərin günahdı, günah.

Sənin etdiklərin özünə qəsdi.

Çırpınıb üstümə yüyürən ürək

sinəndə car çəkir: «dözdüyüm bəsdi».


Sən niyə qənimsən özün-özünə.

Fikirlər hissini boğur hər gecə.

Hey dolub-boşalan, dəyişən halın

o kövrək qəlbini yaşatsın necə?


Hər gülü anlayan, çiçəyi duyan

özünü duymurmu? İnanmaq çətin.

Əlimdə gizlənən titrək əllərin

söyləyir: «yanmaq da, danmaq da çətin».

19.04.2014

Su üzərində bahar

Подняться наверх