Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 31

Boş şəhər

Оглавление

Bu şəhər, küçələr yenə də bomboş.

Yorğun ayağını sürüyür səki.

Süpürür şəhərdən xatirələri

saralıb tökülən yarpaqlar təki.


Bu şəhər, küçələr yenə də bomboş.

Daha inanmıram bu şəhər dola.

Bu doğma şəhərdə qəribəm, Allah,

məni də özü ilə aparan ola.


Bu şəhər, küçələr yenə də bomboş.

Qaçıb bu şəhərin əlvan bənizi,

dənizə uzanan küçələriylə,

bu şəhər boğmağa aparır bizi.

29.06.2016

Su üzərində bahar

Подняться наверх