Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 27
Son pərdə
Оглавлениеİdeal insan yoxdu, onu heç vaxt özləmə,
heç də bu həyatdan yaxşı əsər gözləmə.
Hər kəs bir rol oynayır
özü bildiyi kimi.
Biz həyatda biri-birimizin
əksiklərini doldurmaqla məşğuluq.
Oxumadığım, rejissorunu görmədiyim əsərdə
sən məndən yaxşı aktyor olmağı gözləmə.
Komediya üçün nəzərdə tutulmuş tamaşanın
sonu faciə ilə bitir.
Səhnənin pərdəsi istənilən an bağlana bilir.
Son sözün ağzında,
son baxışın tavana zillənən gözümdə qalır.
Sonu faciəyə çevrilən bu həyat tamaşasında
sən məndən yaxşı aktyor olmağı gözləmə.
Mən faciə üçün yazılmış bir əsərdə
komik aktyor ola bilmərəm.
Pərdələr göz qapaqları kimi
tez-tez açılıb bağlanır.
Son pərdə gözləri qapamaq üçün sallanır.
Sən məndən yaxşı aktyor olmağı gözləmə.
Mən oxumadığım əsərdə
səhnəyə atılmış həvəskar aktyoram.
27.06.2018