Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 48
Sevgİ nəğməsİ
ОглавлениеSənin çətirini alan küləyin,
öpüşü qonacaq yanaqlarına.
Enəcək, enəcək bir az aşağı —
o solan, göyərən dodaqlarına.
Bu yerin, bu göyün heç bilmədiyi,
ayın duymadığı, eşitmədiyi,
bir sevgi nəğməsi oxuyacağam
qara buludların qulaqlarına.
Daha bu əllərim çətirdi sənə,
o mil-mil barmağım pərdələnibdi.
Mənim baxışlarım şimşəkdən iti,
bulud pərən-pərən səpələnibdi.
Çırpdım küləkləri boz qayalara,
söndür, söndür məni, alışacağam.
Mənim coşan sinəm yelkən kimidi,
dəniz dodağından yapışacağam.