Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 11
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
BİR zaman mən sənİ sevİrdİm gözəl
ОглавлениеBir zaman bu dünya çox qəşəng idi.
Çaylar da sevincdən coşub daşırdı.
Hər çiçək elə bir bir çələng idi,
Yaşıl çəmənlərə çox yaraşırdı.
Çırpıla – çırpıla bəyaz daşlara,
Dalğalar atılıb – düşərdi necə…
Xəbər çatmamışdı o sərt qışlara,
Günəş gizlənməzdi, düşməzdi gecə,
Necə qəşəng idi bu dünya əzəl…
Hələ qarşıdaydı ömrümün çoxu,
Keçən günlərimi soraqlamazdım.
Gecələr gözümə getməzdi yuxu,
Yazıb – yaratmaqdan əl saxlamazdım…
Elə vurgun idim təbiətə mən,
Nə görsəm o an da gözüm düşərdi.
Çəmənlər zəriflik içib sözümdən,
Sanki sətir – sətir şerləşərdi,
Yaşamaq gözəldi, Yaratmaq gözəl…
Sözlər… hələ sözlər şəkər – qənd idi,
Sözlərdən savayı nə umulurdu?
Tək bircə kəlməyə könül bənd idi,
Tək bircə baxış də bəsim olurdu..
Ağzımda şipşirin bir dad var idi,
Gözümdə heç vədə solmayan bir rəng.
Bir zaman dilimdə bir ad var idi,
Bir də dağ çayından aldığım ahəng,
Bir zaman mən səni sevirdim, gözəl…