Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 12
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
Həyat prozası
ОглавлениеDostum Elğün çox fikirli idi. Hətta oruc tutduğunu belə unudub dəm vermişdi siqaretə. Salam verdim, səksəndi. Sənsən? – dedi. Hə mənəm! Bəs sən oruclu deyilsən? Ah, qardaş, tamam yadımdan çıxıb. Özümün də xəbərim yoxdu özümdən.
– Nə olub? – deyə soruşdum.
– Heç – dedi.
Təkid etdim.
Oğlum… oglum bir qıza vurulub. Bilirdim. Ayırmışdım onları. İndi təzədən başlayıblar. Dünən anasına deyb ki, Aytənə elçi gəlir. o da qaça – qaça gəlib oğluma deyib ki, məni ərə verirlər. İndi oğlum deyir ki, ya o qızı mənə alın, ya da başımı götürüb çıxıb gedəcəm.
Aman Allah, yer üzündə təzə heç nə yoxdur. Bütün bunlar tanış sözlər, tanış hərəkətlərdir.
Dostumdan soruşdum ki, nə etmək niyyətindədir? Dedi ki, baş tutan sevda deyil. Oglumun cəmi 18 yaşı var. Qız 1 yaş da ondan böyükdür. Qabaqda institut, əsgərlik var. Axı onun hələ evlənən vaxtı deyil.
Söz tapıb məsləhət vermək çətin idi. Heç nə demədim.
Axşam evə gəldim.16 yaşlı oğlumun otağına girəndə o, kompüterin monitorundakı görüntünü sildi. İçimdə suallar baş qaldırdı. O nə edirdi? Nəyə baxırdı? Nə yazırdı? Özümün 16 yaşım yadıma düşdü. İlk məktublar, ilk həyəcanlar, ilk sarsıntılar…
Səssizcə otaqdan çıxdım.
Bəli, həyatda heç nə dəyişməyib. Heç nə… Təzə insanlar… köhnə mahnılar… Məhəbbət mahnıları və sonda proza.
Həyat prozası…