Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 18
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
ANA ANADI
ОглавлениеAnanın dərdinə səssiz yanın.
Ana anadı.
Ana döyüşçü deyil.
Ana siyasətçi deyil.
Ana qisasçı deyil…
Ana zəifliyi ilə, göz yaşları ilə qəhrəmandı.
Ana böyütdüyü oğlu ilə qəhrəmandı.
Ana sevgisi, nəvazişi ilə qəhrəmandı.
Dəyməyin anaya, onun yaralarını təzələməyin, qoyun səssiz çəksin dərdini, qoyun doyunca ağlasın şəhid olan balasını…
Yanında dayanın, əgər ürəyiniz yanarsa siz də ona qoşulub ağlayın.
Toxunmayın anaya, kameralarınızı, mikrofonlarınızı ona tuşlamayın, başsağlığı verməyin, başın sağ olsun, deməyin…
Ana öz balasının əvəzinə yüz dəfə şəhid olardı, «uf» deməzdi…
Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…
Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?