Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 7

Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
Saçlarına dən salarlar

Оглавление

  Saçlarına dən salarlar,

  Gizlət gülüm, gizlət gülüm!

  Səni məndən gen salarlar,

  Az gəl gülüm, az get gülüm!


  Ürəyimdə eşqin dağı,

  İtirmişəm solu, sağı,

 Sən üstəlik qınamağı,

 Tərgit gülüm, tərgit gülüm!


 Arzularım dəsə – dəstə,

 Tənha qalan ürək səsdə…

 Bir sığnaq ver sinən üstə,

 Gözlərində gizlət, gülüm!


 Sənsən mənə məndən əziz,

 Qəlbim təmiz, eşqim təmiz,

 İnciməsin qoy bəxtimiz,

 Azca məni gözlət, gülüm!


Hər şey yaxşıya doğru

Подняться наверх