Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 14
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
İSTƏ…
ОглавлениеRuhuma dərd gətirir,
Hər tökülən göz yaşı,
Bir sızlayan görəndə,
Yanır qəlbimin başı,
Dostum, çətin olsa da,
Üzmək axına qarşı,
Sıx dişini dişinə,
Sürünmə dizi üstə…
Ötən günün dalinca,
Boylanma fağir-fağır,
Ümidli sabahlara
Xeyir-bərəkət yağır,
Yer üzündə imanla,
Gəz dolan ağır-ağır,
Heçə hikmət duyarsan,
Eşıtdiyin hər səsdə..
Qəm çəkməklə qəm artar,
Qəm azalmaz, əzizim.
Keçib gedər bu qəm də,
Belə qalmaz, əzizim,
Ömrə mərhəmət olar,
Möhlət olmaz, əzizim,
Tövbə elə-Tanrıdan
Bəxtinə ağ gün istə…
Bakı İyul 2016
P.S. Az qala yadımdan çıxmışdı, mənim də bu il 60 yaşım tamam olur.