Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 17
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
BİR İMAN YERİ VAR MİN GÜMAN YERİ
ОглавлениеBir iman yeri var, min güman yeri,
İman olmayanda güman min olar.
İmanı qəlbinə çıraq eləsən,
Dünya qəmlərinə məlhəmin olar.
Halal qazancına haram qatmasan,
Kasıbı, fağırı heç unutmasan;
Özgənin haqqına əl uzatmasan,
Sənin HAQQ yanında aləmin olar.
Bəd dua eləmə bir kimə heç vaxt,
Kor şeytan önündə dayanıb sərvaxt;
Uğursuz yollara çıxma baxta – baxt,
Bu yolda çox dərdin, çox qəmin olar.
Yaxşıya yaxşı de, pisə pis demə,
Xeyir söyləyən ol, heç vaxt nəhs demə,
Bir kimə Xudadan ziyan istəmə,
Sənə də istəyən bir kimin olar.
Vahid, pozulmasın əhdin, ilqarın,
On dörd məsum olsun sevgili yarın;
Yapış ətəyindən Pərvərdigarın,
Məhşərdə əlində bir şəmin olar…
may 2011 – ci il.