Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 22

Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
Bu dünyadan bİR Asİf Səfərov keçdİ

Оглавление

Asif Səfərov

(Unudulmaz el sənətkarı, gözəl muğam ifaçısı Bərdə camaatının ağsaqqalı Asif Səfərovun xatirəsinə)

Bir Asif vardı bu dünyada… Tanrı ondan heç nəyi əsirgəməmişdi. Gözəl qədd – qamət, gözəl camal vermişdi. Həmişə üzündə xoş bir təbəssüm olardı. Onu görəndə insanın könlü açılardı. Asifin ürəyinin dərinnliklərindən qopub gələn xoş avaz da, qəlbində çiçəkləyib gözlərinə dolan ilahi təbəssüm də elə bil bir Allah vergisi idi, özü də, səsi də səni ofsunlayar göylərin hüdudsuz maviliklərinə qədər ucaldardı.

Onu lap çoxdan, hələ subay bir oğlan olduğu dövrdən tanıyırdım. Evləri Səriyyə xalamgilin evlərinə bitişik idi. Asifin atası, xalamın həyat yoldaşı, el ağsaqqalı İdris dayı ilə doğma xalaoğlu idi. Bu qohumluq bu iki ailənin qanına, canına işləmişdi. Elə bir gün olmazdı ki, Asif öz doğmalarına baş çəkməsin, onlardan hal – əhval tutmasın. Bəri başdan deyim ki, bu gün Asiflə İdris dayı həyatda olmasalar da, onların övladları uzun illərdi ki, bu iki ailə arasında olan mehribançılığı sevə – sevə davam etdirirlər.

Qarabağ toylarının yaraşığı idi Asif…

Hərtərəfli el xanəndəsi idi. Onun iştirak etdiyi toylar xalqımızın həqiqi toy mədəniyyətinin yüksək bir səviyyədə olduğunu göstərərdi.

Hər şey yaxşıya doğru

Подняться наверх