Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 15
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
«BİR neçə cümləİilə»
Оглавлениеİnsan Yer üzündə qonaqdır
(Lirik miniatyuralar)
Tanrı insana Yerdə yaşamaq üçün çox az bir zaman verib.
Bəzən adama elə gəlir ki, bu, dünyanın əşrəfi olan insan üçün haqsızlıqdır.
Lakin, Tanrı insanları Yerdə yaşamaq üçün yaratmayıb.
İnsan Yerdə qonaqdır.
Qonaq, vaxtı gələndə çıxıb getməlidir.
«Bir neçə cümlə ilə» silsiləsindən…
Qorxu hİssİ
Qorxu hissi insanı həm insan edən, həm də insanlıqdan çıxaran bir hissdir.
Qorxuya qalıb gələn qəhrəman, qorxi ilə bacarmayan satqın olur.
«Bir neçə cümlə ilə» silsiləsindən
Qalİbİ mühakİmə etmİrlər
Həmişə başqalarının ağzına baxıb, bizim haqqımızda nə deyəcəkləri barədə düşünürük.
Amma…
Başqalarının sizin barənizdə nə deyəcəyi barədə heç narahat olmayın.
Məğlub olsanız sizi unudacaqlar, qalıb gəlsəniz sizin tərəfinizə keçəcəklər.
«Bir neçə cümlə ilə» silsiləsindən
Mİn İl yaşa
Bəzən bizə bir yaxşılığı keçən insanlara deyirik:
«Səni görüm min yaşayasan!»
Min il yaşamaq mümkün deyil axı…
Onda niyə belə deyirik?
Burada təəccüblü heç nə yoxdu.
İnsan – onu ananlar, yada salanlar, dalınca rəhmət oxuyanlar varsa öz xeyir əməlləri ilə həyatdadı demək.
Bir – birinizə «səni min yaşa» deməkdən çəkinməyin.
Ən azından həmin insanı həyatda xeyirli işlər görməyə kökləyirsiniz.
«Bir neçə cümlə ilə» silsiləsindən
Yaxşılığı öz hesabınıza edİn
Yaxşılığı öz hesabınıza edin.
Başqasının hesabına yaxşılığı qoy başqası özü eləsin.
«Bir neçə cümlə ilə» silsiləsindən…
Nə dəyİşəcək
Tanrı rəhimlidir, mərhəmətlidir, ancaq insana yazdığı ömrü bir saniyə də olsa artırmaz.
Artırsaydı, nə dəyişəcəkdi?
Heç nə…
Əminəm ki, incan o günə qədər necə yaşamışdısa, o cür də yaşamağına davam edərdi.
Ona görə qiyamət günü insanın, – Məni dünyaya qaytarın, səhvimi düzəldim – yalvarışına məhəl qoyan olmayacaq.
«Bir neçə cümlə ilə» silsiləsindən
Zaman
Zaman, – zamanın özünün uydurduğu elə bir hoqqadır ki, bizi qəflətən yaxalamayınca onun varlığından belə xəbərsiz oluruq.
«Bir neçə cümlə ilə» silsiləsindən
Ömür adlı sürət qatarının yolçuları
Bir nənəmiz vardı, yaşı səksən beşi haqlamışdı.
Şıkayət edərdi tez – tez, – Ay bala, günlər elə ağır gedir ki, ha gözləyirəm, axşam düşmür ki, düşmür.
Bir dəfə sual verdim:
– Ay nənə, axşamın düşməyini neynirsən, hara tələsirsən, keçən günlər səni ölümə yaxınlaşdırır axı?
Nənə güldü:
– Nə olsun ay bala, yaxınlaşdırsın dəə…
İnsan niyə günlərin tez keçməsini istəyir?
Mən bu hikməti anladım.
…Biz, zaman deyilən sürət qatarında mənzil başına tələsən yolçular kimiyik.
Yollar nə qədər gözəl olsa da, bizi getdiyimiz mənzilbaşı daha çox cəzb edir.
Ölüm mənzilbaşıdır.
Biz mənzilbaşına tələsirik.
Hər bir səfərə çıxan adamı mənzilbaşında gözəl görüşlər, xoşbəxt anlar gözləyir.
Ömrün mənzil başında da bizi gözəlliklər gözləyir.
Ona görə də tələsirik.
«Bir neçə cümlə ilə» silsiləsindən
Yağmurlu Bahar
Bahar, görüş vəd edən qadın kimidi.
Deyir, gözlə gəlirəm, amma özü hələ də hamam xalatında oturub dırnaqlarını boyayır.
«Bir neçə cümlə ilə» silsiləsindən
Söz demək asan İş deyİl
Söz demək çətin işdi.
Bizim düz saydığımız söz hələ «düz sözdür» demək deyil.
Bu, özümüzün «düz sözümüz» – dür, onu düz kimi qəbul etdirmyə heç kimim haqqı yoxdur.
Ona görə də söz deyəndə diqqətli olmalıyıq.
Gərək sözü elə deyəsən ki, həm içində qalan söz səni öldürməyə, həm də «düz sözünə» görə səni oldürməyələr.
«Bir neçə cümlə ilə» silsiləsindən
ALLAH (C.C) İNSANLARDAN DA QISQANCDIR
Görəsən, sevgi ilə ehtiras arasındakı gözəgörünməz sərhəd haradan başlayır?
Görəsən, sevdiyin bir qadının yanında ruhən, qəlbən, cismən təmiz olmaq yaxşıdır, yoxsa şirin əyləncələrin ağuşunda əylənmək?
Görəsən, qayğı ilə, nəvazişlə övladlarını böyütmək yaxşıdır, yoxsa dünyaya övlad gətirib, sonra onları taleyin burulğanına atmaq? Bir də, kim zəmanət verər ki, həmin uşaqlar böyüyüb atalarının buraxdığı səhvləri təkrar etməyəcək?
Bir dəfə yolunu sapdınmı, sonra öyrəncəkli olursan.
Bəziləri deyir ki, çətindi.
Anlayıram.
Bir dəfə gənc dostum həyat yoldaşından ayrılıb yeni ailə qurmaq istəyirdi.
Səbəbini soruşanda dedi ki, bütün günü deyinir, işləməyimi istəyir, ev istəyir, isti su istəyir…
Necə bilirsən, – deyə sordum. Yeni qurmaq istədiyin ailə hava iləmi dolanacaq? Ona ev, isti su, paltar lazım olmayacaqmı?
Biz bəzən dəliqanlı oluruq. Bu yaxşıdır. Amma ailə üçün heç yaramır. İnsanlar qayda – qanunu sevirlər. Allah (c.c.) da qayda – qanunu sevir.
İnanın ki, Allah (c.c) sədaqət, etibar məsələsində insanlardan da qısqancdır.
«Bir neçə cümlə ilə» silsiləsindən
Bakı 12 may 2017
BƏSİRƏT GÖZÜ
Lirik lövhə
Cənabi – Haqq bizə bəsirət gözü vermişdi. Biz onu şikayətlənərkən, qeybət edərkən, mənasız mübahisələr edərkən qeyb etdik…
Salam, məni eşidənlər!
Deyəsən bu qışın caynağına bərk ilişmişik. Heç qurtarmaq bilmir.
Necə yaşayırsınız?
Məhəbbət hissi insanın qəlbində, ötən illər simasında dərin izlər qoyur.
Qəlbiniz necədir?
Bəs surətiniz necədir?
İllərin üzünüzdə qoyduğu dərin izlərə görə sevinə bilirsinizmi?
İndi yenə yaz gəlir.
Amma bayaq demişdim axı, qış bizi buraxmır.
Qəlbinizdəki qışdan danışıram.
Narahat olmayın, qəlb ağrılarının çarəsini bilirəm.
Özüm yoxlamışam.
Dodağlarını bərk – bərk dişləyirsən..
Heç olmasa, bircə dəqiqəliyə qəlbindəki ağrıları unutmaq üçün…
Sonra yenə… yenəəə…
Həyat adiləşənə qədər.
Sonra da hər şey bitir…
Amma, biz özümüzə belə xoşbəxtliyi rəva görə bilmərik.
Biz baharımızı gözləyirik axı…
Ömrümüzü çiçəklərə qərq edəcək baharımızı…
«Bir neçə cümlə ilə» silsiləsindən
12 may 2017
Bakı ş