Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 10

Bayraq

Оглавление

Vətən göylərində yanan ümidum,

Hünər meydanında sirdaşım Bayraq.

Öz eşqim, öz canım…

Canımda odum,

Atam, anam Bayraq, qardaşım Bayraq.


Rəngin üç olsa da, qan rəngindəsən,

Qaçqın, köçkün də sən, didərgin də sən…

Zəfər döyüşündə ürəimdəsən,

Sənsən cəsarətim, savaşım Bayraq.


Vahidəm, hər zaman dilimdə sənsən,

Yurdumda, yuvamda, elimdə sənsən.

Nə qədər mən sağam, əlimdə sənsən,

Öləndə, ol mənim başdaşım, Bayraq!


09.11.2019

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх