Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 17
Nədİkİ
Оглавление(qəzəl)
Bu qədər qəm çəkir aşıq, səbəbi qəm nədiki?
Qəm çəkən qəmbaz olar, qəmdə Əqlikəm1 nədiki?
Damla-damla əriyər can gözümün yaşı ilə,
Şəm ilə etmə qiyas, mumdan olan şəm nədiki?
Çəkilim xəlvətə yar, ismini zikr etmək üçün,
Mənə bir hücrə gərək, zülmət olan ləm nədiki?
Bu dərdin əncamı var, gələndə yar hasil olar,
Ahını zildən elə, bəlkə duya, bəm nədiki?
Şükr elə Haqqa hər an, ömür verən bəxt də verər,
Əqlə hacət yox isə, onda olan kəm nədiki?
Hərə öz halı ilə cəmdə olar sübhə qədər,
Sübh olar, cəm dağılar, kim soruşar cəm nədiki?
Var idi Vahidimiz, sadiq idi ilqarına,
Pir olan yerdə deyin, Vahidi-sərsəm nədiki?
25.10.2019
1. Şair İlqar Əqlikəm