Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 19

Adam

Оглавление

Sözlərin üstümə qar kimi yağır,

Qarla dəfn edirsən məni, qar adam.

Baxışım ağırdı, ya daşım ağır,

Ya sənin bir başqa dərdin var, adam?


Kələklə gələnlər küləklə gedər,

Kamanla gələnlər tütəklə gedər…

Yanına hər gələn istəklə gedər:-

«Sürtülmüş üzünü görsün gor, adam».


Nədir, yedirdiyin bu acı mənə?

Kədəri eylədin baş tacı mənə.

Tək Allah bəxş edər əlacı mənə,

Sən məni görməzsən, gözü kor adam.


Ömür keçib gedər öz davamında,

Sonu sülhə gələr hər davanın da…

Görərik, bir zaman Haqq divaninda,

Kimin təpəsinə yağar qor, adam?


Ay Vahid, ruhuna sarıma qara,

Nə qədər söz desən kar etməz kara.

Çoxları sözündən çəkilib dara,

Toxuma özünə sözdən tor, adam!

08.11.2019

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх