Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 8
Ay badam ağacı
ОглавлениеYenə qar ələnib budaqlarına,
Ətrin də bürüyüb yalı, yamacı.
Bənzərsən yarımın yanaqlarına,
Ay badam ağacı, badam ağacı.
Hələ yuxudadır qarağac, qovaq,
Bəzənib gəlmisən bahardan qabaq,
Çılğın gəncliyimdən gətirdin soraq.
Ay badam ağacı, badam ağacı.
Köklədin Vahidi sözə, avaza,
İstədi şəninə bir nəğmə yaza…
Badam sovqatımı saxla payıza,
Ay badam ağacı, badam ağacı
21.02.2020