Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 6
Gəlİr
ОглавлениеBir xalı sərmişəm bulaq başında,
Yanıma yol alır, neçə iz gəlir.
Sürməli gözəllər süzüb, keçirlər,
İgidlər bu yerdə dizə-diz gəlir.
Söyüdlər üstümə sallayıb çətri.
Məst edir nanənin, yarpızın ətri,
Sinəmdə çağlayır nəğmənin sətri,
Ağ vərəq üstünə şirin söz gəlir
Vahid, içimdədi harayım, hayım…
Yanır, külə dönür məhəbbət payım.
Qayğımı çəkməyə yox əmim, dayım,
Nə Sakit yetişir, nə Çingiz gəlir.
06.12.2019