Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 11
Sənİ sevmək üçün gəldİm dünyaya
ОглавлениеSəni sevmək üçün gəldim dünyaya,
Şirinli, şoranlı dadını sevdim.
Meylimi salmadım Günəşə, Aya,
Sinəndən püskürən odunu sevdim.
Gəzdim dağlarında, gəzdim düzündə,
Min bir hikmət tapdım elin sözündə…
Ulduzlu gecəndə, al gündüzündə,
Həzin layla deyən qadını sevdim.
Vahidəm, köksümə sığsa da cahan,
Sənsiz dar gələrdi yer, göy, asiman…
Sənə anam dedim, Can Azərbaycan,
Canıma can qatan adını sevdim.
13.12.2019