Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 18
Dostum Çİngİzə
ОглавлениеYüzdən az yaşamaq sənə günahdı,
Bu başdan günaha batma, əziz dost.
Sən xəstə…
Bizim də işimiz ahdı,
Sağlam ol,
Heç xəstə yatma əziz dost.
Sözlərin tikanlı, ürəyin ipək,
Sənintək insanlar tapılar tək-tək.
Dərdini sel alsın, aparsın külək,
Ardınca yüyürmə, çatma, əziz dost.
Vahidi qərq etdin kədərə, qəmə.
Əcəlin əlində çevrilmə yemə.
Yaşım çoxdu demə,
Vaxtımdı, demə,
Suyu aşımıza qatma, əziz dost…
26.10.2020