Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 12
Ömür kİtabımı vərəqləyirəm
ОглавлениеÖmür kitabımı vərəqləyirəm,
Hələ ən dəyərli əsərim durur.
Sanıram, hissimi zəncirləyiblər,
Başımda nə qədər dərd-sərim durur.
Gəzirəm, o solan gülü gəzirəm,
Dərdimi anlayan Dəli ğəzirəm.
Qaçqın, köçkün düşən eli gəzirəm,
Önümdə məndən də betərim durur.
Günahı nə idi Ulu millətin?
Hər yerindən duran çeynəyir ətin.
Vahid, kimlər çəkir kimin qeyrətin?
Ortada sahibsiz bir Pərim durur.
07.02.2020