Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 13

Adını özünə gerİ verİrəm

Оглавление

Adını özünə geri verirəm,

Bir zaman izinsiz qəsb eləmişdim.

Çöldə çiçəyini, bağda gülünü,

Öpüb, sevə-sevə vəsf eləmişdim.


Mən elə bilirdim sənin zərrənəm,

Gərək, əhatəndə dönəm, hərlənəm.

Mən hardan biləydim ögey törənəm,

Hardan doğmalığı kəşf eləmişdim?


Atdın tufanlara məni bir vədə,

Sahibsiz yurdumu taladı gədə…

Adımı, soyumu qoydun kölgədə,

Amma yola verib, əfv eləmişdim.


Ay Vahid, tükətmə quru nəfəsi,

Kimlərin sağ ikən batacaq səsi?..

Adam hesab edib çox filankəsi,

Allahım, nə qədər səhv eləmişdim?

08.10.2019

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх