Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 9

Ağdamım

Оглавление

Əhvalın necədi ay tənham, təkim?

Yolçusuz yollarım,

Dağılan səkim.

Sənin həsrətini nə qədər çəkim?

Yağının əlində əsir Ağdamım.


O solan, saralan üzün sevinmir,

Gözü yolda qalan gözün sevinmir…

Dağına qar yağır, düzün sevinmir,

Yoxluğun dilimi kəsir, Ağdamım.


Çətin bu yurd bizi bir daha ana,

Vahid, ürək gərək dərdə dayana.

Şahbulaq üzünü çevirib yana,

Məndən Çəmənlim də küsür, Ağdamım.


07.01.2020

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх