Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 20

Sevgİdən de, sevgİdən yaz

Оглавление

Sevgi sözdə olsa idi,

Kim sevərdi aşinanı?

Kim duyardı köç edəni,

Özgə yurda daşınanı?..


Sevgi Haqqa olur, dədə!

Hər gün Haqqın haqqın ödə…

Öz nəfsini güdə-güdə,

Sevib, seçmə aşınanı.


Sevgi ilə xoşdur avaz.

Könül olar sədəfli saz…

Vahid, sən də sevgidən yaz,

Çox qaşıma qaşınanı…

15.11.2019


Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх