Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 5
İndİ
ОглавлениеNaşıya, nadana qul oldu canım,
Kim bilir, mən nələr çəkirəm indi?
Həsrətin odunda kül oldu canım,
Dərəyə, təpəyə çökürəm indi.
Qəm məni əridib, muma döndərib,
Bir ovuc torpağa, quma döndərib.
İsti göz yaşımı tuma döndərib,
Şoran düzlərimə əkirəm indi.
Vahidəm, fəryadım döndü ağıya,
Kim verdi fürsəti acgöz yağıya?
Cənnət məkanımı verib dığaya
Səhrada komalar tikirəm indi.
10.01.2020