Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 14
Yağı əlİndədİ Vətən torpağı
ОглавлениеKaş bir də təzədən qoynuna dönəm,
Dolanam yurdumda ağa, bəy kimi.
Ömrümün nəğməli anına dönəm,
Çağlayam tar kimi,
Yanam ney kimi.
Çıxmır xəyalımdan çeşməli dağı,
Çiçəkli çəməni,
Meyvəli bağı…
Süzüb piyaləyə gözümün yağın,
Çəkirəm başıma şirin mey kimi.
Vahidəm,…
İllərin könül dustağı,
Qəm deşir sinəmi bu xəzan çağı.
Yağı əlindədi Vətən torpağı,
Dayanıb baxıram hələ key kimi.
16.10.2019