Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 7

Ata yurduna

Оглавление

Hər səhər dönürəm sənli günlərə,

Mənə demədiyin nə sirrin qalıb?

Sənsiz yaşayıram əlli ilimi,

Hələ də üstümdə təsirin qalıb.


Adını özümə ad götürmüşəm,

Laləli düzündən od götürmüşəm.

Bağından, bağçandan dad götürmüşəm,

Canımda nəyindən kəsirin qalıb?


Hərdən yol alıram sən adlı yurda,

Nəslimin ruhları dolaşır orda…

Torpağa dönəcəm bilmirəm harda?

Sorarsan, hayanda yesirin qalıb?

07.02.2020

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх