Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 11
Bİşmİşİk
ОглавлениеŞair Adil Cəfakeşə həsr edirəm
Cəfakeşik, səfakeşik əzəldən,
Bir ananın qucağında bişmişik.
Dədəm Qorqud yurdumuza ad qoyub,
Dədə Qorqud ocağında bişmişik.
Söz bağında gül əkmişik təzə – tər,
Yoxlayırıq, qoxlayırıq hər səhər…
Gül üstünə səpələnən zərdi, zər,
Butasında, saçağında bişmişik.
Saz çalınır, nəğmə deyir dodaqlar,
Gah allanır, gah nurlanır yanaqlar…
Haqdan yanır bizim eldə çıraqlar,
Sarı Aşıq işığında bişmişik.
Sən də Vahid bu işıqla alış, yan!
Bəxtəvərdi özünə dost qazanan…
Laçınımdan Ağdamacan uzanan
Al – əlvan göy qurşağında bişmişik…
12.11.2018