Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 13
Sevda ram elədİ çox asan mənİ
ОглавлениеNeçə ustadlardan dərsimi aldım,
Dərsini bitirən adam san məni…
Əlifdən başladım, leylidə qaldım,
Sevda ram elədi çox asan məni.
Qatladım kitabı qoydum bir yana,
Dedim, nəzər salım qoca cahana,
Baxmaqla nə səmər gələr insana?
Qınadı, danladı çox insan məni.
Dedim zikirdədir elmin açarı,
Oldum bir qəribə eşqin düçarı;
Gözlülər görməsin mən tək naçarı,
Nə dinən görmədi, nə susan məni.
Təbim bəxş elədi mənə çox kəlam,
Tikildi əlimlə neçə söz qalam.
İnana bilməzdim düzlərdə qalam,
Olmazdı dərd yıxan, qəm basan məni.
Vüqarın da təbi gəlirdi coşa,
Nə fayda, oxları çırpıldı daşa.
Hayıf, min yol hayıf belə qardaşa,
Həm yardan eylədi, həm dostdan məni.
Ay Vahid, ürəkdə olmasa təpər,
Eləməz köksünü dərdlərə sipər…
Gülün dövrəsinə çəkməyin çəpər,
Gözləyr o güldən bir dastan məni.
16.11.2018