Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 4

allah, bu necə sevgİdİr?

Оглавление

Allah, bu necə sevgidir,

Lap dağı daşı yandırır.

Çaxır göydə şimşək kimi,

Şaxtalı qışı yandırır.


Sevdam təzə dəbə minib,

İçimə yüz istək sinib…

Ciyər çoxdan yanıb, sönüb,

İndi də başı yandırır.


Vahid, demə solmaz solar,

Ürəyinə atəş dolar…

Sevən ürək belə olar,

Ağılı, huşu yandırır.

                                              18.11.2018


Gözlərimin işığında. şerlər

Подняться наверх