Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 12
Bİr fəqİr şaİrəm…
ОглавлениеBir fəqir şairəm, hərdən yazıram,
Dünyanın dolaşıq kələflərindən.
Hər gün imtahana çəkir İlahim,
Məni çəkindirir çox nəflərindən…
Qartal tək səmada süzməyim gəlir,
Dərin dəryalarda üzməyim gəlir…
Hərdən özümdən də bezməyim gəlir,
Sıxılıb ömrümün çox səhvlərindən.
Köhnə günahlarım düşəndə yada,
İndidən alışıb yanıram oda…
Ay Vahid, payızım gətirir səda,
Qərib durnaların köç səflərindən…
12.10.2018