Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 3
Zaman İçİndə
ОглавлениеSovurdum yellərə neçə baharı,
Bahar axtarıram xəzan içində.
Günlərim dəli tək qovhaqovdadı,
Ayım da, ilim də duman içində.
Aldım sorağını özgə diyardan,
Axırda əlimi üzdüm o yardan…
Elə düz ilqardan, düz etibardan,
Rəbbim hifz eləsin zaman içində.
Söndürdü sinəmdə alovu, odu,
Ayaq izlərini yağışlar yudu…
Vahidin taleyi, qisməti budu,
Ağlayır bir dərdli kaman içində.
18.11.2018