Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 8
Alaq basdı bostanımı
ОглавлениеAlaq basdı bostanımı,
Qaldı qarpız, soğan yerdə.
Dolu vurdu bağ – bağatı,
Barımızı yığan yerdə.
Ürəyimiz qaxac oldu,
Hansı dərdə əlac oldu?
Yollarımız tıxac oldu,
Bir az yağış yağan yerdə.
Çaqqallar verdi səs – səsə
Şirin səsi batdı nəsə…
Qartallar düşdü qəfəsə,
Qıy vurur sağsağan yerdə.
Qış qapını gəlib kəsdi,
Yağış yağdı, külək əsdi…
Sobadan gəlmədi isti,
Tüstü bizi boğan yerdə.
Çox eləmə haray, Vahid,
Uçub gedir saray, Vahid…
Bir daş doğaydı ay Vahid,
Anan səni doğan yerdə