Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 7

Yaxşıdı

Оглавление

Sakit Məmmədovun yaratdığı

bədii klubun üzvlərinə…

Çırmalanıb girmisiniz zor işə,

Qollarınız qulac olsa yaxşıdı.

Mətin olun, əyilməyin gərdişə,

Göz tox olsa, qəlb ac olsa yaxşıdı.


Ürəyiniz bir ummandı, dənizdi,

Hər kəlməniz, hər cümləniz əzizdi,

Halal çörək müqəddəsdi, ləzizdi,

Ortalıqda qazanc olsa yaxşıdı.


Hacı Vahid versin xeyir – duanı,

Pozulmasın işinizin mizanı…

Dadlı olsun ömrünüzün hər anı,

Uğurlara inanc olsa yaxşıdı…

16.11.2018


Gözlərimin işığında. şerlər

Подняться наверх