Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 21
Bİlmİrəm, dünyanın harasındayam
ОглавлениеAğlımı başımdan almışan gözəl,
Bilmirəm dünyanın harasındayam.
Canlılar içində axtarma mənı,
Çoxdan cansızların sırasındayam.
Elə düşmüşəm ki özüm də şərə,
Görünmür gözümə daha yan-yörə…
Bölüb kipriklərin məni yüz yerə,
Bilmirəm, heç hansı parasındayam.
Vədəsiz bu sevda canımı sıxdı,
Aldığım nəfəs də nəfəs yox, ahdı…
Ay Vahid, aram ol, Vallah günahdı,
Çəhənnəm əhlinin arasındayam.
21.09.2018