Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 19
Zaman
ОглавлениеBu soyuq zamanı mən də görmüşəm.
Görmüşəm bahar da, payız da, qış da.
Dəli sevdalara könül vermişəm,
Parlayıb, yanmışam on altı yaşda.
Bir igid çıxmadı gücünə qarşı,
Fırlatdı, çax-çaxla o nəhəng daşı.
Üyütdü nə qədər ağıllı başı,
Sovruldu küləyə kəsək də, daş da.
Təxti – Süleymandan qalmadı bir iz,
Sındırdı nə qədər qamət, boyun, diz.
Sonda Əzrayılla qoydu üzbəüz,
Qurudu gözlərdən tökülən yaş da.
Vahid ustadından dərsi düz aldı,
Oxudu hikməti, xəyala daldı.
Kim getdi, kim qaldı, çətin sualdı?
Ömür də tükənir, ağıl da, huşda!
11.11.2018