Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 5
Əli müəllimə həsr olunur
ОглавлениеAlınmaz qala kimi əzəmətli, başı qarlı dağlar kimi əlçatmaz, etibarı və qayğısı tükənməz, əvəzsiz olan Ağsaqqalım, böyük qardaşım Əli müəllimə – 60 yaşı münasibətilə
Könülləri fəth edirsən səbirlə,
Səhvimizi əfv edirsən səbirlə,
Dərdi – qəmi məhv edirsən təmkinlə,
İradənlə hasil olur hər dilək.
Əli müəllim, altmış yaşın mübarək!
Alnı açıq gedirsən öz yolunla,
Şərəfinlə, şöhrətinlə, şanınla,
El – obamız fəxr eyləyir adınla,
Harda olsan, orda açır gül – çiçək.
Uğur olsun, bu xoş günün mübarək!
Ta əzəldən hamımıza gərəksən,
Sən əzizsən,
Sən doğmasan,
Ürəksən!
Həsən Mirzə ocağına dirəksən,
Ürəyinlə qoşa vurur min ürək.
Dağ vüqarlım, – altmış yaşın mübarək!
Həsən Mirzə
Adın Əli, Əli sənə yar olsun,
Dostlar gülsün, düşmənlərin xar olsun.
Səsin, sədan el – aləmə car olsun,
Nəzərdən qorusun qoy səni Fələk!
Hacılar hacısı yaşın mübarək!
Müşfiq Mirzəyev
Vahid Çəmənli