Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 22
Çəmənlİm
ОглавлениеTək adına, oduna göz dikmişəm, əzizim!
Canım bircə baxışa çəkilsə bəs eliyər…
Əsərəm əsim-əsim səni görəndə gözüm.
Sevgin ürəyə, başa çəkilsə bəs eliyər.
Şahmar dedi, qapında sürünnəm dizin-dizin,
Elə vuruldun ona, ta məni görməz gözün…
Amma mən də deyirəm, vallahi sözün düzün,
Nəqşım tək bircə daşa çəkilsə bəs eliyər.
Çəmənlim, çəməndəki tək bitən gülüm sənsən,
Qolum, qanadım sənsən, əbədi elim sənsən,
Dinim, imanım sənsən, şəkərli dilim sənsən,
Adın Vahidlə qoşa çəkilsə bəs eliyər.
21.09.2018