Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 24
Oldular
ОглавлениеQartallar qalmadı zirvədə daha,
Kiçilib, kiçilib sərçə oldular.
Ceyranlar otlamır dərədə daha,
Qoyuna döndülər, keçi oldular.
Günlər aya döndü, ay ilə döndü,
Bu böyda məmləkət qafilə döndü…
Yamacda çiçəklər xəzələ döndü,
Ərənlər naxırçı, cütçü oldular.
Qəsdinə durmuşuq yurdun, vətənin,
Alırıq hasara çölün, çəmənin…
Vahid, yada salma, artacaq qəmin,
Köhnə zurnaçılar falçı oldular!
25.09.2018