Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 33

Üştübün

Оглавление

Üştübün kəndi


«Qalibi insanə bir ruhi rəvandır Üştübün» (1)

Daima tazə tərdir, tər növcavandır Üştübün.


Zövqü, səfası ayrıdır, əhdə vəfası ayrıdır,

Tutub cənnətdə məkan, cənnətməkandır Üştübün.


Rumidən Şamə qədər hər kişi ondan danışır,

Adı dillərdə olan Azərbaycandır Üştübün.


Canım Nəbati babam uyuyur gül qucağında,

Gül gülə həmdəm olub, güllü cahandır Üştübün.


Qədəmin olar mübarək, Vahida, etsən ziyarət,

Adına, həm özünə sohrətdir, sandir Üştübün…

1.Misra Seyid Əbülqasim Nəbatinindir


16.10..2018

Gözlərimin işığında. şerlər

Подняться наверх