Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 35

Gəldİ

Оглавление

Bu səhər üzümə güldü sonbahar,

Həzin bir təbəssüm dodağa gəldi.

Üfüqdən boylandı qırmızı Günəş,

Şəkili ağappaq yanağa gəldi.


Yarpaqlar budaqda alışdı, yandı,

Küçələr al – əlvan nura boyandı…

Alagöz gözəllər tezdən oyandı,

Sənəklə, kuzəylə bulağa gəldi.


Çəpərin üstündə sarmaşıq gülü,

Bəxtəvər elədi gözü, könülü…

Dəcəl sərçələrin açıldı dili,

Ciggilti sədası qulağa gəldi.


Ay Vahid, şirindi, dadlıdı həyat,

Xəzan da bahar tək qurur toy – büsat,

Dayanma, vaxt gedir, sən də yaz – yarat,

Bəlkə, bir gün ellər sorağa gəldi.


19.10.2018

Gözlərimin işığında. şerlər

Подняться наверх