Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 26
Əhməd Üştübünlüyə namə
ОглавлениеDedim, gəlim görüşünə keçən yay,
Vaxt uzandı payızacan, ay Əhməd.
Duman sardı Üştübünün yolların,
Çəkilərmi bu yazacan, ay Əhməd?
Durnalardan söz yolladım, aldınmı?
Alıb da, heç məni yada saldınmı?
Düzünü de, kövrəldinmi, doldunmu?
Oxuyunca ta sonacan, ay Əhməd.
Üştübünə vurulubdur gözlərim,
Bir gəzəydim o dağları, düzləri…
Şair babam Nəbatinin izləri,
Qalar axır zamanacan, ay Əhməd.
Çəmənli də, Üştübün də Vətəndi,
Əlim çatan, ünüm yetən Vətəndi.
Bir ürəkdi, bir candı, bir bədəndi,
O tayından bu tayacan, ay Əhməd!
İtirmişəm illərimin sayını…
Nola Vahid, keçəm Araz çayını,
Görəm sənin dağ vüqarlı boyunu.
Həmdəm ola canıma can, ay Əhməd!
Bakı.
03.10..2018