Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 39
Fələklə nərtaxta oynama, gözəl
ОглавлениеFələklə nərtaxta oynama, gözəi,
Vaxtında beşini, şeşini atar
Hər bir xanəsində yüz tələsi var,
Vallahi, adamın leşini atar.
Sənin «dü bir» – inə atar «sə» qoşa,
«Sə bir» – lə çox çətin çıxasan başa…
Vurar şeş qoşayla oyunu başa,
Birin yox, üçün yox, beşini atar.
Bu dünya hasilə gələndən bəri,
Fırlandı,
çox başlar qopartdı pəri…
Cütləyər əlində o qoşa zəri,
Üstünə bir qara daşını atar.
30.10.2018