Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 25

Ay şaİr…

Оглавление

Sakit Məmmədova həsr olunur

Sakit, gileylənmə, söz tükənəndə,

Qələmdən, kağızdan ayrıl bir az da.

Əl atıb bir işin qulpundan yapış,

Su ver bir ağaca, bir çala qaz da…


Şikayət eyləmə, ömür boş gedir,

Boş gedən bir ömür kimə xoş gedir?

Yaşa çox güvənmə, ağıl, huş gedir,

Bir ola bilərmi qış ilə yaz da?..


Göylərdə çox uçdu şair xəyalın,

Gör, yerdə olanın necədi halı?

Dolan asta – asta elı, mahalı,

Qoy görsün boyunu oğul da, qız da.


Şair bu dünyanın can yanğısıdı,

Ən şirin, ən dadlı yalançısıdı…

Hər söz sağlamlığın talançısıdı,

Ürək də alışar, dil də, ağız da.


Sakit, su qayıdar gəldiyi arxa,

Axar həzin – həzin tökülər çarxa…

Vahid də söz yazmaz ta qorxa, qorxa,

Oxuyan tapılar, qalmaz kağızda…


25.09.2018

Gözlərimin işığında. şerlər

Подняться наверх