Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 34
Könül, qəm eləmə payız yetİşdİ…
ОглавлениеKönül, qəm eləmə payız yetişdi,
Yaşıl yarpaqları soldurub gedər…
Süzər gül qoxulu şirin şərbəti,
Büllur badələri doldurub gedər
Tənha cığırları alar duman, çən
İçdikcə şəbnəmi məst olar çəmən;
Xəfif səhər mehi əsdikcə hərdən,
Ağappaq örpəyi qaldırıb gedər.
Həzin layla çalar payız suları,
Oyadar könüldə xoş duyğyları;
Yığar cəvərənə heyvanı, narı,
Alma budaqların yoldurub gedər.
Qızıl libasını geyinər meşə,
Bənzəyər zirvəyə qonan Günəşə,
Köçən durnalardan yamaca, döşə
Bəmbəyaz lələklər saldırıb gedər.
Açılar al – əlvan payız gülləri,
Bəzəyər təzədən bəyaz əlləri,
Axıdar düzlərə coşqun selləri,
Vahidi ürəkdən güldüb gedər…
18.10..2018