Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 30
Çox qəmgin ötmə
ОглавлениеZaman tələ qurur insan oğluna,
Heyif, tələsinə çox bədbaxt düşür.
Kimə yaraşıqlı boy-buxun verir,
Kimin qismətinə qızıl taxt düşür.
Zaman uşaq kimi tovlayır bizi,
Qaçırıq, ovçu tək qovlayır bizi,
Bir gün bir bərədə ovlayır bizi,
Girinə ya qafil, ya sərvaxt düşür.
Ay Vahid, zamanla çək – çevir etmə,
Gününü baha sat, ucuza getmə…
Bülbül tək sızlama, çox qəmgin ötmə,
Könlü şad olana gözəl baxt düşür…
11.10..2018