Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 32
Qəzəl
ОглавлениеAşiqi məst edər ülfət, meyə nə hacət olur?
Mey olan yerdə könül, meyçiyə itaət olur.
Qədərindən də əzizdir mənə hikmət dolu söz,
Söz əgər qəlbə yatırsa, ürəyim rahət olur.
Dürlü söz axtarıram dəryada ya düzdə ola,
Gəzərəm, baxmaram, billahi neçə saət olur…
Qoyma əğyarı gələ, könlünü bərbad eliyə,
Əğyarın qəlbi qara, gördüyü iş qarət olur.
Bu da bir sirri-xudadır, iki qəlb olsa yaxın,
Vahida, dadlı, şirin söhbət olur, ülfət olur.
12.10..2018