Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 23

Atam balası

Оглавление

Sənsiz ayım, günüm hesaba gəlməz

Mənsiz darıxdınmı, atam balası?

Oğrun baxışlarla Günəşi süzüb,

Yollara baxdınmı, atam balası?


Dedilər, könüldən könülə yol var.

Var da, canım, gözüm, amma dardı, dar…

Köçəndə durnalar, ələyəndə qar,

Ocağı yaxdınmı, atam balası?


Ümidlər kəsilməz xeyir xəbərdən,

Allahım qorusun xatadan, şərdən…

Hənirti səsinə diksinib hərdən,

Doqqaza çıxdınmı, atam balası?


Kövrək zamanındı, üzməsin həsrət,

Canına, başına çox elə diqqət.

Ayrılıq özü də hikmətdi, hikmət,

Qafana taxdınmı, atam balası?


Qəzalar adlatdıq haqda, nahaqda.

Düşünmək vaxtımı indi o haqda?..

Vahid çox yaşadı səndən uzaqda,

Qayıtmaq vaxtınmı, atam balası?


22.09.2018

Gözlərimin işığında. şerlər

Подняться наверх